Rusiyanın Qara Dəniz Donanmasının "Pavel Derjavin" hərbi gəmisi Sevastopol yaxınlığında zədələnib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ordusu Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk bildirib.

O, təfərrüatları açıqlamaqdan imtina edib: "Gəminin zədələndiyini rəsmən təsdiqləyə bilərik". 

Eyni zamanda, o, mediada gəminin Qara dənizdə Rusiya minası tərəfindən partladılması ilə bağlı məlumatı belə şərh edib: "Mən sizə bu hadisənin şəraiti ilə bağlı heç bir məlumat verə bilmərəm, amma deyə bilərik ki, belə bir fakt var". 

Ağarza Elçinoğlu