Son bir həftə ərzində Türkiyə ordusunun həyata keçirdiyi terror əməliyyatlarında 252 terrorçu zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki. bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirib.

Qeyd olunub ki, Suriya və İraqın şimalında terror təşkilatı PKK/YPG-yə qarşı başladılan hava əməliyyatlarında ümumilikdə 229 terrorçu zərərsizləşdirilib.

Bundan əlavə, il ərzində zərərsizləşdirilən terrorçuların sayı 1640, 2015-ci ildən bu yana zərərsizləşdirilən terrorçuların sayı isə 38 min 983 olub.