Rusiya və Türkiyə media məkanında saxtakarlıq, bədxahlardan gələn dezinformasiya ilə mübarizə aparmaq üçün birgə işləməli, həmçinin bu sahədə qarşılıqlı əlaqələri inkişaf etdirməlidir”.

"Unikal" xəbər verir ki,  bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rusiya-Türkiyə: əməkdaşlığın gücləndirilməsində medianın rolu” mövzusunda Moskvada keçirilən dəyirmi masada deyib. 

“Ümumi informasiya çağırışları və təhdidləri ilə mübarizədə iki ölkə mediasının koordinasiyalı fəaliyyəti, bədxahlarımız tərəfindən yayılan dezinformasiyanın nəticələrinin qarşısını almaq üçün qarşılıqlı fəaliyyət alqoritmlərinin hazırlanması vəzifəsi ön plana çıxır. Media məkanında müxtəlif növ saxtakarlıqlara və təxribat xarakterli doldurmalara qarşı birgə mübarizə aparmaq lazımdır”, - Lavrov müraciətində bildirib.

Nazir Rusiyada akkreditə olunmuş türk jurnalistlərə köməklik göstəriləcəyini vəd edərək, Ankaranın Rusiya Federasiyasından olan jurnalistlərə də oxşar münasibət sərgiləyəcəyinə ümid etdiyini bildirib. 

Gülayə Mecid