Amerikalı jurnalist və Pulitzer mükafatı laureatı Seymur Herş yeni məqaləsində İsrailin baş naziri Binyamin Netanyahunun işinin bitdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Baş nazir Benyamin Netanyahunun işi bitib. O, yeriyən ölü adamdır", - Herş deyib.
Jurnalistin fikrincə, Netanyahu İsrailin baş naziri postunu “daha bir və ya iki ay” – aktiv döyüşlər dayandırılana qədər saxlayacaq.
Oktyabrın 11-də Netanyahu İsraildə fövqəladə hökumət yaradıldığını elan edib. Netanyahu vurğulayıb ki, İsrail HƏMAS-ı tamamilə məhv etmək üçün Qəzzada hərbi əməliyyat keçirir.
Oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən İslamçı HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Gülayə Mecid