Qəzzada 2500-dən çox ev dağılıb və ya yaşayış üçün yararsız hala düşüb.

"Unikal" xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

“Qəzzada 2500-dən çox ev dağıdılıb və ya ciddi şəkildə zədələnib, yaşayış üçün yararsız hala düşüb, 23 minə yaxın ev isə orta və ya kiçik ziyana məruz qalıb", - deyə o qeyd edib. 

Düjarrik həmçinin qeyd edib ki, ən azı 88 təhsil müəssisəsi vurulub.