İsraildə HƏMAS-ın hücumlarında yaralanan vətəndaşları ziyarət etməyə gedən iki nazir gözlənilməz reaksiya ilə qarşılaşıb.

"Unikal" xəbər verir ki, İsrail və HƏMAS arasında oktyabrın 7-dən bəri davam edən müharibə nəticəsində indiyədək yüzlərlə mülki şəxs və hərbçi həyatını itirib. Ölkənin cənubunu sözün əsl mənasında işğal edən Həmas İsrail ordusunun müharibə elan etməsindən sonra ələ keçirdiyi bölgələri bir-bir itirib. Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumlarında ölənlərin sayının 1417-yə yüksəldiyini bildirib. Hazırda bölgədə yaralananların sayı 6268-dir.

Hökumət rəsmiləri HƏMAS-ın hücumundan sonra yaralanan yüzlərlə israillini əhval-ruhiyyəni artırmaq üçün xəstəxanada ziyarət edib. Bu səfərlər zamanı İsrailin ətraf mühitin mühafizəsi naziri İdit Silman reaksiya ilə qarşılanıb. Xəstəxananın həkimi Silmana qışqıraraq onu xəstəxanadan qovub:

"Get buradan, ölkəni xaraba qoydun".

Nazirin xəstəxananı tərk etməsinə səbəb olan etiraz hökumətin son illərdə HƏMAS-a qarşı ən ciddi hücumunda uğursuz olmasına artan qəzəbi əks etdirir.