"X” (keşmiş Twitter") sosial şəbəkəsi Fələstinin HƏMAS silahlı qruplaşmasına bağlı yüzlərlə hesabı silib.

"Unikal" xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib. Sosial şəbəkə HƏMAS-la bağlı on minlərlə məzmunu silmək üçün addımlar atmağa başlayıb.

"X" bu addımı terrorçuluqla mübarizəyə dəstək vermək üçün atdığını bildirib.