İsrail Knesseti (parlamenti) fövqəladə milli birlik hökumətinin yaradılmasını təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazır.

Nəşrin məlumatına görə, müxalifət liderlərindən olan Benni Qantsın iştirakı ilə fövqəladə hökumətin yaradılmasını 66 deputat dəstəkləyib. Parlamentarilərdən heç biri qərarın əleyhinə səs verməyib.

Oktyabrın 11-də İsrailin baş naziri Benyamin Netanyahu ölkədə milli birlik hökumətini yaradıldığını elan edib. O qeyd edib ki, ölkənin taleyi hazırda təhlükə altında olduğundan “bütün digər mülahizələr” kənara qoyulub. Baş nazir vurğulayıb ki, hakimiyyət bütün israillilərin xeyrinə birgə çalışacaq.