Türkiyənin xarici işlər naziri Misirə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Fidan Misirin xarici işlər naziri Sameh Şukrinin dəvəti ilə 13-14 oktyabr 2023-cü il tarixlərində Misirdə rəsmi səfərdə olacaq.
Görüşlər zamanı ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirəsi, eləcə də cari regional hadisələr və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.