Əfqanıstanda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 108 min nəfər əhalisi olan Baqlan şəhərindən 9 km cənub-şərqdə yerləşib.
Zəlzələ ocağı yerin 10 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.