ABŞ-nin Müdafiə naziri Lloyd Ostin İsrailə gəlib.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində o, baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Gallant və digər İsrail rəsmiləri ilə görüşəcək.

Ostinin səfəri dövlət katibi Antoni Blinkenin cümə axşamı İsrailə səfərindən sonra baş verib.  

Pentaqon son günlər İsraili dəstəkləmək üçün bir sıra addımlar atıb, Şərqi Aralıq dənizinə aviadaşıyıcı zərbə qrupu və Yaxın Şərqə əlavə qırıcı eskadronu yerləşdirib. Müdafiə Nazirliyi həmçinin Təl-Əvivə döyüş sursatları və Dəmir Qübbə hava hücumundan müdafiə vasitələri göndərir.

Gülayə Mecid