Xəbər verdiyimiz kimi, İsrailin Pekindəki səfirliyinin əməkdaşına hücum edilib. 

"Unikal" bildirir ki, sözügedən hücumun kadrları yayılıb. 

Naməlum şəxs səfirlik əməkdaşına bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçır.

***12:39

İsrailin Pekindəki səfirliyinin əməkdaşına hücum edilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, zərərçəkmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir. 

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Ağarza Elçinoğlu