Ermənistan Müstəqil Dövlətlər Birliyindən çıxmır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Rusiya dövlət başçısı MDB sammitinin yekunlarına dair mətbuat konfransında qeyd edib ki, MDB sammitindən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb: "Paşinyan mənə zəng etdi, biz telefonla danışdıq, digər məsələlərlə yanaşı, bugünkü sammitlə bağlı da danışdıq. Orada elə vəziyyət var ki, mən bunu tamamilə başa düşürəm. Bu barədə danışmayacağam, bunu Ermənistanın baş nazirindən soruşmaq daha yaxşıdır. Ancaq mənim başa düşdüyüm qədər, Ermənistan MDB-dən heç yerə çıxmır". 

Ağarza Elçinoğlu