HƏMAS hərəkatı ilə İsrail arasında silahlı münaqişə nəticəsində azı 12 Rusiya vətəndaşı itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın İsraildəki səfirliyinin məlumat yayıb.

“İsrail tərəfinin təqdim etdiyi siyahıda 12 rusiyalı hələ də itkin düşmüş sayılır. Səfirlik İsraildəki Rusiya vətəndaşlarına dair məlumatların yoxlanılması ilə bağlı operativ iş aparır. Həmçinin əldə edilən informasiyaya görə, həlak olan rusiyalıların sayı da artmaqda davam edir”, - deyə səfirlikdən bildirilib.