Səudiyyə Ərəbistanı hakimiyyəti İsraillə münasibətlərin normallaşdırılmasını dayandırıb.

"Unikal" xəbər verir ki, müvafiq danışıqlar təxirə salınacaq. "Reuters"ə mənbələrdən biri bildirib ki, danışıqlar hələlik davam edə bilməz. Onlar davam etdikdə, İsrailin fələstinlilərə güzəştləri məsələsinə daha çox üstünlük verilməlidir.

Agentliyin həmsöhbətlərindən birinin dediyi kimi, bu həftə Vaşinqton Ər-Riyaddan HƏMAS-ın hərəkətlərini pisləməyi tələb edib, lakin Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud bunu rədd edib.