Fələstinin HƏMAS hərəkatının qüvvələrinin hücumları nəticəsində İsraildə həlak olan Rusiya vətəndaşlarının sayı 16-ya çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın bu ölkədəki səfirliyinin mətbuat katibi Marina Ryazanova TASS agentliyinə bildirib.

Diplomatik nümayəndəliyin məlumatına görə, daha 8 nəfər itkin düşmüş hesab olunur. Hazırda Rusiya hakimiyyət orqanlarının nümayəndələri İsrail dövlət qurumlarının verdiyi müvafiq məlumatı dəqiqləşdirirlər.