Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən, Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, yeni icra başçısını Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev  rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Firdovsi Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.

Murad İbrahimli