Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Yuxarı Qaramanlı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib/

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub. Yuxarı Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Yuxarı Qaramanlı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər “Ölkəmizin xarici siyasət quruculuğunda Ümummilli Lider Heydər Əliyev strategiyası” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə yenidən siyasi hakimiyyətə qayıdışı, ölkəmizin yüksəliş yolundakı uğurlu xarici siyasəti, dünya dövlətləri arasında Azərbaycanın söz haqqının olması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla aparılır və Ölkəmiz dünya dövlətləri arasında mühüm söz haqqına sahib olması haqqında görüş iştirakçılarına geniş məlumat veriblər.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə, 10 aprel və 19-20 sentyabr 2023-cü ilin tarixində lokal antiterror tədbirləri zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı 30 il bundan öncə, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan və beləliklə müstəqil Azərbaycanın qurucusuna çevrilən Heydər Əliyev şəxsiyyəti nəinki ölkəmizdə siyasi sabitlik və təhlükəsizliyin bərqərar olmasına nail oldu, həmçinin dahi liderin rəhbərliyi altında həyatın bütün sahələrində olduğu kimi, Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursunun təməli qoyuldu.

Dövlət müstəqilliyi qazanandan sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan səmərəli və praqmatik xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Bu istiqamətdə ilk öncə müstəqil xarici siyasətin təməlində dayanan vətənpərvərlik, Azərbaycanın tarixi yaddaşının bərpası istiqamətində Ulu Öndər tərəfindən atılan qətiyyətli addımlar, milli ruhun canlanmasına xidmət göstərib, özünüdərki və soy-kökə qayıdışı təmin edən tədbirlər əsas rol oynadı. Beynəlxalq təşkilatlarla yanaşı, xarici dövlətlərlə bərabərtərəfli əlaqələrin inkişafı, dünyanın güc mərkəzləri ilə dəqiq və nəticəyə hesablanan, Azərbaycanın dövlət maraqlarının qorunduğu münasibətlər sisteminin formalaşdırılması məhz Ulu Öndərin təməlini qoyduğu xarici siyasət ilə bağlı olması haqqında məlumat verib.

RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub. İşğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib. Səyyar qəbulda ilk öncə sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, daxili yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.