Saatlıda ölümlə nəticələnən yol qəzası olub.
"Unikal" xəbər verir ki, Qara Nuru kəndi ərazisində 2000-ci il təvəllüdlü Saatlı rayonu, Məmmədabad kənd sakini Astanov Emil Elşad oğlu sərxoş vəziyyətdə, “VAZ- 21063” markalı avtomobilin idarəetməsini itirərək yol kənarındakı binaya dəyib.
Nəticədə avtomobildəki sərnişin, E.Astanovun anası 1959-cu il təvəllüdlü Astanova Aybəniz Xanoğlan qızı aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaqı aparılır.