Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, həmin şəxslərdən 2 ədəd "İj" və 1 ədəd "TOZ" markalı ov silahı aşkarlanaraq götürülüb.
Faktlar üzrə Lerik RPŞ-də müvafiq araşdırmalar aparılır.