Gəncədə itkin düşən məktəbli qız tapılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov  "Unikal"a  bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində itkin düşən Gəncə sakini 2007-ci il təvəllüdlü Nurcan Eyyubova yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.

Qazaxda itkin düşən 3 saylı məktəbin şagirdi, 2010-cu il təvəllüdlü Gülxanım Hüseynovanın axtarışları isə davam edir.

***

09:23

Qazaxda və Gəncədə məktəbli qızlar itkin düşüb.

"Unikal" xəbər verir ki, Qazaxda 3 saylı məktəbin şagirdi, 2010-cu il təvəllüdlü Gülxanım Hüseynova ötən gün məktəbdən başı ağrıdığı üçün evə getmək adı ilə çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Bundan başqa Gəncədə 2007-ci il təvəllüdlü Nurcan Eyyubova yaşadığı evdən çıxaraq itkin düşüb.