Noyabrın 1-də gecə saatlarında Binəqədi rayonu ərazisində yerləşən qorunan musiqi alətləri mağazasından Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Polis əməkdaşları dərhal həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq 40-cı Polis Bölməsinə təhvil verilib.
Onun Qubadlı rayon sakini T.Ələsgərov olması məlum olub.
Araşdırma aparılır.