Xaçmaz şəhərində evlərdən birində kişi meyiti tapılıb.

"Unikal" report-a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Hacıyev Rasim Kərim oğlunun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti şəhərin Ramil Sadıqov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

xxx

15:39

Noyabrın 3-də Xaçmaz rayonunda evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan kişi meyiti aşkarlanması ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır. 

Əlavə məlumat veriləcəkdir.