Mingəçevirdə 31 yaşlı kişi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə Mərkəzi Bazar yaxınlığında baş verib. Mübahisə zəminində 1992-ci il təvəllüdlü şəhər sakini Aslanov Fariz Xaləddin oğlu bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan yaralı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov