Mingəçevirdə kafelərin birində bıçaqlanma hadisəsi olub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, noyabrın 3-ü saat 19 radələrində Mingəçevir şəhərində yerləşən kafelərin birində aralarında baş vermiş mübahisə zamanı 1992-ci il təvəllüdlü Aslanov Fariz Xaləddin oğlu əvvəlcə kəsici alətlə 1965-ci il təvəllüdlü  Çingiz Əliyev və 1986-cı il təvəllüdlü Ariz Tağıyevə, daha sonra isə Çingiz Əliyev kəsici alətlə Fariz Aslanova xəsarət yetirib. Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.