Noyabrın 4-ü gecə saatlarında Oğuz rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, ilkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.