Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Əmirvar kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və bu zaman ağ torbaya bükülü silah-sursat aşkarlanıb.
İlkin baxış zamanı silah-sursatın 1 ədəd Kalaşnikov markalı avtomat, həmin avtomata aid sandıq və 1 ədəd patron olması müəyyən edilib.
Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alaxançallı kənd sakinindən 1 ədəd müvafiq sənədləri olmayan, 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.
Götürülən hər iki silah müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir.