Noyabrın 13-ü saat 18 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Vidadi Əliyevin öldürülməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan "Unikal"a verilən məlumata görə, aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Bəhriş Fərəcovun aralarında yaranmış mübahisə zamanı tanışı Vidadi Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəhriş Fərəcov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.
 

*** 19:13

Noyabrın 13-də saat 18:30 radələrində Xəzər rayonu Binə qəsəbəsində 1967-ci il təvəllüdlü Əliyev Vidadi Feyruz oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Fərəcov Bəhriş Müşdaba oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Araşdırma aparılır.