Magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsi məhdudlaşacaq.
Bu barədə "Unikal"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, noyabrın 15-də gecə və səhər ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal olunur.