Bakının Yasamal rayonunda bir nəfər bıçaqlanıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində baş verib.

1990-cı il təvəllüdlü Ağayev Elşad Mövlud oğlu dava zamanı bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, E.Ağayev 4 bıçaq xəsarət izi ilə xəstəxananın cərrahiyə şöbəsinə qəbul edilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.