Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində rayon ərazisində yerləşən ticarət mərkəzində mağazada bir nəfərin içərisində 250 manatı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Məmmədov saxlanılıb.
"Unikal" DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla onun ayrı-ayrı vaxtlarda həmin ticarət mərkəzindəki mağazalarda daha 3 nəfərin içərisində ümumilikdə 1100 manatdan çox pul və sənəd olan cüzdanlarını oğurlaması da müəyyən olunub.