"Sədərək" postundan rüşvətlə dərman keçirilməsinə görə 2 gömrük əməkdaşı həbs olunub.
"Unikal" xəbər verir ki, "Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda başlanan cinayət işi üzrə istitaq davam etdirilir.
Həmin cinayət işi üzrə Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun iki əməkdaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək, Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 ( külli miqdarda törədildikdə ) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunub. Onların barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir.