"Belə görünür ki, Ermənistanı Qərbə Rusiya verir".
"Unikal" xəbər verir ki, bunu erməni hərbi ekspert Armen Ayvazyan deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanın mövqeyini dəyişməsi və Qərbə getməsi üçün hər şeyi edir: "Bu gün Rusiya Ermənistanın getməsi üçün əlindən gələni edir. Biz bunu hər gün görürük".
Ermənistanın Aİ və Qərbə inteqrasiyası Rusiyaya nə üçün lazımdır sualına ekspert belə cavab verib: "Bunlar bir növ gizli razılaşmalardır, biz bunları bəlkə bilməyəcəyik, bəlkə də ömrümüz boyu biləcəyik. Bunu sentyabrın 19-dan cəmi iki gün əvvəl İstanbulda Rusiya, ABŞ və Aİ-nin yüksək rütbəli rəsmiləri arasında gizli görüş göstərir. Niyə İstanbulda oldu, bu o deməkdir ki, türklər də həmin görüşdə iştirak edib. Daha bir fakt. 2022-ci il iyulun 15-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri gözlənilmədən Ermənistana səfər edib. Üç gün sonra Rusiyanın xarici kəşfiyyatının rəhbəri Narışkin Ermənistana səfər edib. Bu onu göstərir ki, bəzi məsələlərlə bağlı daim danışıqlar aparılır. Burada təsir zonalarının yenidən bölüşdürülməsi var. Rusiya geri çəkilir və Ermənistanı Qərbə təslim etdiyini göstərmək istəmir. Biz də bilmirik ki, o, Qərbə, yoxsa Türkiyəyə təslim olur".
Ağarza Elçinoğlu