Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.