Bakı-Quba yolunda qəza baş verib.

"Unikal" xəbər verir ki, hadisə yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı minik avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.