Şahbuzun Mahmudoba kəndində yanğınlar törədən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son üç gündə Şahbuz rayonunun Mahmudoba kəndində silsilə yanğınlar (4 yanğın) törədən Mahmudoba kənd sakini Naxçıvan MR DİN əməkdaşlarının apardığı təxirəsalınmaz əməliyyatlar nəticəsində saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyi tərəfindən faktla bağlı araşdırmalar davam etdirilir.