Noyabrın 21-də Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçiridikləri növbəti tədbir nəticəsində Masazır qəsəbəsi, Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası alışqanları ilə birlikdə aşkar edilib.

DİN-dən "Unikal"a verilən məlumata görə, qeyd edilən sursat təhlükəsizlik tədbirləri görülərək həmin ərazidən götürülüb.

Faktla bağlı araşdırma aparılır.