Qazaxda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
"Unikal" xəbər verir ki, qətlə yetirilən Kənan Qəfərov bir neçə gün bundan əvvəl Rəşad Məhərrəmovun ünvanına xoşagəlməz sözlər işlədib.
Bu sabəbdən də yenidən həmin şəxslər bu gün görüşüblər. Bu zaman yenidən onların aralarında mübahisə düşüb. Nəticədə Rəşad Məhərrəmov özü ilə gətirdiyi bıçaqla Kənan Qəfərovu qətlə yetirib.
Qeyd edək ki, hər iki şəxs qonşu olub.
*** 21:24
Qazaxda qətl törədilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a bildirilib ki, saat 20 radələrində Qazax Rayon Polis Şöbəsinə rayon sakini 1995-ci il təvəllüdlü Kənan Cəfərovun kəsici alətdən aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakini Rəşad Məhərrəmov aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Kənan Cəfərovun qarın nahiyəsinə bir neçə zərbə vurmaqla qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R. Məhərrəmov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Tural Əhmədov