Ağdaşda bələdiyyə sədri və obyekt icarədarı inzibati məsuliyyətə cəlb olunub.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı rayonun Qarağan Sədi və Xınaxlı kəndlərinin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.
Faktlarla bağlı Qarağan Sədi kəndində obyekt icarədarı, Xınaxlı kəndində isə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.