Noyabrın 22-i saat 20 radələrində 1995-ci il təvəllüdlü Kənan Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə Qazax rayon prokurorluğuna məlumat daxil olub.
Baş prokurorluqdan "Unikal"a bildirilib ki, aparılan araşdırmalarla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun rayonun Qazaxbəyli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Kənan Cəfərova bıçaqla bir neçə dəfə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Məhərrəmov iş üzrə şübhəli şəxs qismində tutulub.