Beyləqanda kişi həyat yoldaşını bıçaqlayıb.

"Unikal" trend-ə istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Abuzərov Ramiz Eldar oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Abuzərova Ülkər Mahir qızına ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirib.

R.Abuzərov bundan sonra özünü də yaralayıb.

Xəsarət alan hər iki şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.