Fransanın çimərliklərində və meşələrində siqaret çəkilməsi qadağan ediləcək.
"Unikal" xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Russo deyib.
Fransada hər il orta hesabla 75 min insanın siqaretlə əlaqəli səbəblərdən öldüyünü bildirən Russo, bunun gündə 200 adama bərabər olduğunu söyləyib. Fransanın səhiyyə naziri Aurelien Russo ölkədəki çimərliklərdə və meşələrdə siqaret çəkilməsinin qadağan ediləcəyini açıqlayıb.
Nazirin sözlərinə görə, 2023-2027 Yeni Milli Tütünlə Mübarizə Proqramını təqdim edən yazılı açıqlaması Səhiyyə Nazirliyinin internet saytında dərc edilib.
Ölkədə ilk ölüm səbəbinin siqaret olduğuna diqqət çəkən Russo, 2023-2027 Yeni Milli Tütünlə Mübarizə Proqramı çərçivəsində siqaret qutularının qiymətini mərhələli şəkildə artıracaqlarını açıqlayıb. Beləliklə, siqaret qutusunun qiyməti 2025-ci ildə 12 avroya, 2027-ci ildə isə 13 avroya yüksələcək.
Russo, proqram çərçivəsində çimərliklərdə, ictimai bağlarda, məktəblər kimi bəzi ictimai yerlərdə və meşələrdə siqaret çəkilməsinin qadağan ediləcəyini bildirib.
Proqramla ictimai yerlərdə siqaret istifadəsini azaltmağı hədəflədiklərini deyən nazir atılan addımlarla xüsusilə siqaret çəkməyən gənclərin daha az siqaret tüstüsünə məruz qalacağının vurğulayıb.
Birdəfəlik siqaretləri də qadağan edəcəklərini qeyd edən Russo, siqareti atmaq istəyənlərə daha çox dəstək veriləcəyini qeyd edib.