Bir sıra bank olmayan kredit təşkilatının vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
“Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq:
- Bank Olmayan Kredit Təşkilatı “Azkredit” ASC-nin vəzifəli şəxsi 1 500 manat;
- “ASEL Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin vəzifəli şəxsi 3 000 manat;
- “FİNOKO” Bank Olmayan Kredit Təşkilatı ASC-nin vəzifəli şəxsi 4 500 manat;
- “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin vəzifəli şəxsi 6 000 manat;
- “PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC-nin vəzifəli şəxsi 6 000 manat məbləğində cərimə edilib”, - rəsmi məlumatda qeyd edilib.
Bildirilik ki, qeyd olunan pozuntular müvafiq təşkilatların maliyyə dayanıqlığına təsir etməyib.