Britaniya Muzeyində saxlanılan 2500 illik Parthenon heykəlləri Birləşmiş Krallıq və Yunanıstan arasında diplomatik qalmaqala səbəb olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan baş nazirinin sözügedən heykəllər haqqında çıxışından sonra Britaniyanın baş naziri Rişi Sunak həmkarı ilə planlaşdırılan görüşü ləğv edib. 

Yunanıstan dəfələrlə Londondan heykəllərin daimi olaraq Afinaya qaytarılmasını istəyib, Böyük Britaniya və muzey isə bundan imtina edib.

Məlumatlara görə, Britaniya baş nazirinin iclası ləğv etmək qərarı Mitsotakisin Britaniya BBC-yə Parthenon heykəllərinin oğurlandığını və geri qaytarılmalı olduğunu deməsindən sonra verilib.

Daha sonra Yunanıstanın baş naziri Sunakın qərarını şərh edərkən görüşün ləğv edilməsindən təəssüfləndiyini bildirib: "Parfenon heykəlləri ilə bağlı Yunanıstanın mövqeyi məlumdur. Mən ümid edirdim ki, bunu britaniyalı həmkarımla müzakirə etmək imkanım olacaq". 

Parthenon heykəlləri 2000 ildən çox keçmişə aid 30-dan çox qədim daş heykəldən ibarətdir. Onlar Britaniya Muzeyində saxlanılır. Heykəllər Yunan tanrıçası Afinaya həsr olunmuş Parthenon məbədinin orijinal hissələridir.

Ağarza Elçinoğlu