İsrailin Qəzza zolağına hücumu zamanı beynəlxalq humanitar hüquq normalarının hüquqi əsasları, eləcə də beynəlxalq sistemlərin nüfuzu şübhə altına alınıb.
"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.
Abdullahiyan əlavə edib ki, ABŞ və Avropa Qəzza münaqişəsində cinayətə və onun tərəfdaşlarına töhfə verən elementlərdən birinə çevriliblər: "Necə olur ki, Ukrayna müharibəsindən sonra Ukrayna Rusiyaya qarşı işində üçüncü tərəf kimi, əsasən, 34 Avropa ölkəsi Beynəlxalq Məhkəməyə müraciət edib, amma İsrailin həyata keçirdiyi soyqırım zamanı onların hamısı ölümcül susqunluq nümayiş etdirir".
Ağarza Elçinoğlu