Futbol üzrə İngiltərə çempionatının 14-cü turu çərçivəsində “Mançester Siti” doğma meydanda “Tottenhem”lə heç-heçə edib.
"Unikal" xəbər verir ki, Mançesterdə baş tutan görüş 3:3 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin qollarını Fil Foden və Cek Qriliş vurub. Qonaqlardan qolları ilə Covani Lo Çelso, Deyan Kuluşevski qol və komandasına da qol vuran Son Hın Min seçilib.
Premyer Liqanın turnir cədvəlində 30 xalla “Mançester Siti” üçüncü, “Tottenhem” (27) beşinci pilləyə yüksəlib.