“Klub” serialındakı performansı ilə tanınan Ada Erma “Altın Kelebek” mərasimində “Ən yaxşı uşaq aktyoru” mükafatını alıb.
"Unikal" xəbər verir ki, ovcunda dünya və uşaq rəsmi çəkən Erma mükafatlandırma mərasimindəki çıxışı ilə yadda qalıb.
Mükafatını alan Ada "Əlimə şəklini çəkdiyim dünyada müharibə, şiddət yoxdur, heyvanlar azaddır, qadınlar güclüdür. Bu dünya yamyaşıldır, okeanlar mavidir. Uşaqlar yaşıl küçələrdə heyvanlarla sərbəst qaçır və əylənirlər. Mən bu mükafatı uşaqların ölmədiyi bir dünyada almaq istərdim, amma... Bu dünyanı əlləri ilə çəkən bütün uşaqlarla dünyanın daha da gözəlləşəcəyinə ürəkdən inanıram” deyə çıxış edib.
Onun bu çıxışı dəqiqələrcə alqışlanıb.
Sosial şəbəkələrin izləyiciləri də Adanın çıxışını təqdir ediblər. Onlar Adanın sözlərini "gecənin ən gözəl və mənalı nitqi" kimi dəyərləndiriblər.