İctimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

"Unikal" xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda paytaxt ərazisində marşrut avtobuslarında və metro stansiyalarında 4 nəfərin  mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1970-ci il təvəllüdlü Muraz Bayramov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.