ABŞ Məxfi Xidməti Ukrayna lideri Volodimir Zelenski və ailəsinin qaçması üçün plan hazırlayır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "YouTube"da özünü ABŞ Məxfi Xidmətinin təhlükəsizlik əməliyyatları şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs deyib.
Onun sözlərinə görə, plan 2024-cü ilin yazından başlayaraq Ukraynanın hazırkı rəhbərinin ailəsinin müdafiəsini nəzərdə tutur. Zelenskiyə, həyat yoldaşına və uşaqlarına Amerika vətəndaşlığı veriləcək, həmçinin Floridada qeyri-müəyyən yaşayış üçün 20 milyon dollar dəyərində malikanə ayrılacaq.
Agent həmçinin vurğulayıb ki, Zelenskiyə vətəndaşlıq və sığınacaq verilməsi digər dövlətlərin başçılarını Vaşinqtondan oxşar şərtlər tələb etməyə təşviq edəcək.
Ağarza Elçinoğlu