Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşməsi ilə bağlı məlumat yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan dekabr ayının 7-də keçirdiyi brifinq zamanı açıqlayıb.
"Bilmirəm, belə bir məlumat yoxdur. Biz hazır olduğumuzu bildirdik. Həmçinin, Amerika tərəfi belə bir şeyin olması istədiyini bəyan edir.
Hesab edirəm ki, fürsəti əldən vermək və regionumuzda sülhün bərqərar edilməməsi həm bizim, həm də Azərbaycanın ən böyük səhvi olacaq. Fürsətdən istifadə edərək özümüzə və regiona davamlı sülh gətirməliyik".
Ağarza Elçinoğlu